Zeynal m

Tarix elmləri doktoru, professor,

Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı

 


İş telefonu: (+99412) 539-00-93

Email : dean_irl@bsu.az

 

 

 

 

QISA BİOQRAFİK MƏLUMAT

 

 


 

 


20 yanvar 1953-cü ildə Dərələyəz mahalının Ələyəz kəndində anadan olmuşdur.
Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir.

 

 


 

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

 

 


 

 


1976-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub
1982-ci ildə Tarix fakültəsini bitirmişdir
1989-cu ildə BDU-nun tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır
1991-ci ildə “Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
2005-ci ildə “Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatlarə əsasında)”doktorluq işini müdafiə etmişdir

 

 


 

 

ƏMƏK FƏALİYYƏTİ

 

 


 

 


1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant işləyib
1999-2006 cı illərdə Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb
2006-cı ildən Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin dekanı kimi fəaliyyət göstərir

Hal-hazırda Beynəlxalq Münasibətlər kafedrasının professorudur

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə” görə “Tərəqqi” medalı ilə təltif olunub.

Universitetdə dəfələrlə fəxri fərmanlara və diplomlara laiq görülüb.

Tədris etdiyi fənnlər :

-Beynəlxalq münasibətlər tarixi
-Beynəlxalq münasibətlər tarixinin metodologiyası
40 məqalənin, 1 monoqrafiyanın, 2 kitabın müəllifidir
Elmi rəhbərliyi altında 5 aspirant müdafiə işi mərhələsindədir, 2nəfəri isə artıq müdafiə edib.

 

 


 

 

TƏDQİQAT SAHƏSİ

 

 


 

 


“Yaxın və Orta Şərqdə terrozrizmə qarşı mübarizə“

 

 


 

 

KİTABLAR

 

 


 

 

1.“Səfəvi dövləti XVII əsrin 30-cu illərində (Adam Olearinin məlumatları əsasında” )
2.XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri Metodiki vəsaitlər : 1.“Avropa səyyahlarının məlumatları Səfəvi dövlətinin tarixini öyrənmək üçün mənbə kimi” Bakı Dövləq Universiteti nəşriyyatı, 2002-ci il 2.“Avropa səyyahlarının məlumatları Səfəvi dövlətinin beynəlxalq əlaqələrini öyrənmək üçün mənbə kimi” Bakı Dövləq Universiteti nəşriyyatı, 2008-ci il

 

 


 

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

 

 


 

 

1.“XVIII əsr Səfəvi dövlətində toxuculuq və xalçaçılıq (Avropa səyyahlarının məlumatları əsasında)”.Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2003, № 3
2.“Səfəvi dövlətində sikkə dövriyyəsi” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2003, № 4
3.“Səyyah gündəlikləri Kaşan şəhərinin sosial-iqtisadi həyatının bəzi məsələləri haqqında (XVII) Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri, nəşriyyatı, 2003, № 3
4.“Qərb müəllifləri XVII əsr Səfəvi dövlətinin maarifi haqqında” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2004, № 1
5.“Avropa səyyahları Səfəvi dövlətinin daxili və xarici ticarəti haqqında” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2004, № 2
6.“XVII əsr Səfəvi dövlətinin şəhər iqtisadiyyatı haqqında məlumatlar Avropa müəlliflərinin əsərlərində”, Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 2
7.“XVII əsr Avropa səyyahları Təbriz haqqında” Bakı Dövlət Universitetinin xəbərləri, Bakı, BDU nəşriyyatı, 2004, № 2
8.“Azərbaycan Qərb səyyahlarının gözü ilə” Bakı Dövlət Universitetinin xəbərləri, Bakı, BDU nəşriyyatı, 2004, № 3
9.“Avropa müəlliflərinin əsərlərində” XVII əsr Səfəvi dövlətinin ordu quruculuğu haqqında məlumatlar-, Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 3
10.“Kazakların Səfəvi torpaqlarına hücumu (Avropa səyyahlarının əsərlərində)” Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 3 və.s